Şəhid atası övladının şərəfinə bulaq inşa etdi


  • 10:49 / 01 10 2021 |
  • Bölmə: Bölgə


Daşkəsən rayonunda Şəhid atasının övladının xatirəsinə inşa etdiyi bulağın açılışı edilib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayon Zağalı kəndində Vətən müharibəsi Şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı edilib.

Mərasimdə Şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib.

Atası İlham Cabbarov tərəfindən inşa edilən bulağın üzərində Azərbaycan və Türkiyə bayraqları asılıb, Vətən uğrunda canlarından keçən Şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin müharibə dövründə göstərdiyi igidliklərdən danışılıb.

Qeyd edək ki, M.Cabbarov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərancamı ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medallarla təltif edilib.




Oxşar xəbərlər