
Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
"Rupor" xəbər verir ki, yolu keçmək istəyən piyada - 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub.
Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
