Rusiyalı ekspertlər Ağdamda - Fotolar


  • 15:01 / 20 11 2021 |
  • Bölmə: Bölgə


Rusiyadan olan ekspertlərin Ağdama səfəri başlayıb.

"Rupor" APAya istinadən xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Pənahəli xanın "İmarət" kompleksində olub. Burada onlara erməni vandallığı barədə məlumat verilib. Bildirilib ki, ermənilər azərbaycanlılara məxsus qədim abidələri tamamilə dağıdıb.

Nümayəndə heyətinin tərkibinə Sankt-Peterburq Dövlət Universitetinin İqtisad elmlər doktoru Stanislav Tkaçenko, "inosmi.ru."nun analitiki Dmitri Babiç, "Zvezda" telekanalının hərbi analitiki Aleksandr Artamonov, "Kommersant" qəzetinin analitiki Sergey Strokan, diplomat, Rusiya Federasiya Şurası sədr müavininin müşaviri, Rusiyanın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri, Rusiya Federasiya Şurası Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (2009 - 2012) Andrey Baklanov , "Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova, Beynəlxalq Proseslərin Təhlili Mərkəzinin direktoru Nikolay Silayev və başqaları daxildir.

Səfər davam edir.














Oxşar xəbərlər