"Niva" sexdə yandı


  • 22:09 / 03 01 2022 |
  • Bölmə: Bölgə


Neftçala şəhərində avtomobil təmiri sexi və içindəki maşın yanıb.

"Rupor" FHN-ə istinadən xəbər verir ki, avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb. Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

  





Oxşar xəbərlər