"Shagman" aşdı - Xəsarət alan var


  • 22:34 / 12 01 2022 |
  • Bölmə: Bölgə


İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

"Rupor" xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shagman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər