Rayonlarda sel oldu - Ciddi fəsadlar yaşanıb - Video


  • 11:46 / 03 08 2020 |
  • Bölmə: Bölgə


Avqustun 2-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

"Rupor" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb. 

Məlumatda bildirilir ki, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm,  Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub. 

Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur  məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında:  Qum adasında 18 m/s , Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.  Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü  2.6  metrə  çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.

Zaqatalada leysan yağışlar və güclü külək fəsadlar törədib.  

APA-nın şimal-qərb bürosunun məlumatına görə, avqustun 2-si axşam saat 21 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürüb, ildırım çaxıb. Bölgəni əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində yağış yağıb. 

Zaqatala rayonu ərazisində güclü külək əsib, dağlıq ərazilərə leysan yağıb. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində elektrik dirəkləri və naqillər qırılıb. Bəzi yerlərdə iri gövdəli ağacların qırılan budaqları elektrik naqillərinin üzərinə düşüb. Rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Dağlara yağan leysan yağışları nəticəsində Zaqatalanın Tala çayında qısa müddətli sel keçib. Tala çayından keçən sel 16 mindən çox əhalisi olan rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttini zədələyib.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.


Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.

“Qafqazinfo”nun məlumatına görə, yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.
Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus “ZİL” markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.






Oxşar xəbərlər