Piyadanı maşın vurub öldürdü


  • 20:59 / 20 01 2022 |
  • Bölmə: Bölgə


Zaqatalada minik avtomobilinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib.

"Rupor" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax magistral yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Ömərov Elvin idarə etdiyi “Opel Vecrta” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 41 yaşlı Muxax kənd sakini İsayev Nizami Şuay oğlunu vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Faktla baglı araşdırma aparılır.




Oxşar xəbərlər