Su çəninə düşərək öldü


  • 10:52 / 19 02 2022 |
  • Bölmə: Bölgə


Xaçmazda qadın su çəninə düşərək ölüb.

"Rupor" xəbər verir ki, "Report"un şimal bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.




Oxşar xəbərlər