Evdə partlayış oldu - Xəsarət alan var


  • 12:01 / 22 02 2022 |
  • Bölmə: Bölgə


Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

"Rupor" xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.




Oxşar xəbərlər