Horadizdə Böyük Qsyıdışa hazırlıq - Layihə + Fotolar


  • 17:09 / 13 04 2022 |
  • Bölmə: Bölgə


Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının öyrənilməsi və inkişafında ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Füzuli rayonun Horadiz qəsəbəsində görüş keçirmişdir.

Tədbir 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan Füzuli sakinlərinin Böyük Qayıdış prosesinə ön hazırlığı məqsədi ilə təşkil edilib və davamlı iqtisadi fəaliyyətlərin, dayanıqlı məskunlaşmanın təşviqi əsas müzakirə mövzusu olub. Tədibirdə Füzuli rayonundan məcburi köçkün düşən şəxslər, həmçinin hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən Füzuli rayon icra hakimiyyətinin şöbə müdiri Qabil Əliyev, “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev, Füzuli DAİM-in direktoru Hüseyn Abbasov və digər rəsmi şəxslər iştirak edib.

Tədbiri salamlama və layihə haqqında ilkin məlumatlandırma nitqi ilə başlayan “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədri Rahilə Mehdiyeva layihənin əhəmiyyətini nəzərə alaraq onun maliyyələşdirilməsinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi başda olmaqla bütün aidiyyatı təşkilatlara minnətdarlığını bildirdi. Birliyin sədri iştirakçıları təqdim etdikdən sonra sözü layihənin icrasına cəlb edilən ekspert Rəşad Həsənova verdi. Geniş təqdimatla çıxış edən Rəşad Həsənov işğaldan azad edilən ərazilərin, o cümlədən Füzuli rayonun mövcud resursları, iqtisadi fəaliyyət imkanları, məşğulluq və sahibkarlıq fəaliyyətini dəstəkləyən faktorlar, hökumətin bu istiqamətdə atdığı addımlar və planlaşdırılan dəstək mexanizmləri, potensial inkişaf istiqamətləri, rayon iqtisadiyyatının sosial-iqtisadi reinteqrasiyası prosesinin mümkün senarilər, biznes infrastrukturu və sahibkarlıq mühiti haqqında araşdırma nəticələrini maarifləndirmə məqsədi ilə iştirakçıların diqqətinə çatdırmışdır.

Ekspert bildirib ki, Füzuli rayonun yeni inkişaf mərhələsi ənənəvi fəaliyyət sahələri ilə yanaşı, bölgənin tranzit əhəmiyyətinin artması digər sahələrin də inkişafı üçün əlverişli imkanlar yaradacaqdır ki, bu da rayon iqtisadiyyatının strukturuun tamami ilə fərqli istiqamətlərdə dizayn olunmasına, fəaliyyət sahələrinin diversifikasiyasına şərait yaradacaqdır.

Mütəxəssisin fikrincə, yenidən bərpa olunan Füzuli iqtisadiyyatı, məcburi köçkün düşən füzulilərin son 30 ildə əldə etdikləri yeni təcrübələrlə çoxistiqamətli və çoxrəngli olacaq.

Daha sonra söz verilən rayon icra hakimiyyətinin təmsilçisi Qabil Əliyev tədbir təşkilatçılarına minnətdarlığını bildirərək rayonda Böyük Qayıdış prosesinə hazırlıq və bu kimi lahiyələrin prosesə müsbət töhfəsinin əhəmiyyətinin yüksək olduğunu bildirdi. “Azəriqaz”ın təmsilçisi İbrahim Kərbalayev mövzunun əhəmiyyəti haqqında fikirlərinin bildirdikdən sonra hazırda qurumun azad edilən ərazilərdə aparılan sürətli planlama və infrastruktur işləri, onun miqyası və gələcək planları haqqında tədbir iştirakçılarının məlumatlandırdı. DAİM-in direktoru Hüseyn Abbasov azad edilən Füzuli torpaqlarından səmərəli istifadə, həmin ərazilərdə aqrar fəaliyyətlərin müasir tələblərə və mövcud potensiala uyğun təşkili istiqamətində aparılan işlər, kənd təsərrüfatının məşğulluq və dayanıqlı məskunlaşma sahəsində əhəmiyyəti haqqında məruzə etdi. Sonda isə tədbiri təşkil edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva iştirakçılara ümumiləşdirici məlumatları və minnətdarlığını bildirdikdən sonra müzakirələrin cay-kofe süfrəsi arxasında davam etdirildi.





Oxşar xəbərlər