Biləsuvarda Təhsil Kompleksinə yeni direktor təyin olundu


  • 12:28 / 11 05 2022 |
  • Bölmə: Bölgə


Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib.

Bu barədə "Rupor"Təhsil Kompleksindən məlumat verilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub.

O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- tərbiyə sahəsində sadalanan istiqamətlər üzrə müvafiq işlərin görülməsinin prioritet məsələ olduğunu qeyd edərək qarşıya qoyulan vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib.




Oxşar xəbərlər