Dam örtükləri uçdu, elektrik naqilləri qırıldı, sel evlərə doldu - Fotolar


  • 10:22 / 29 06 2022 |
  • Bölmə: Bölgə


Zaqatala rayonunda sel kəndlərə ziyan vurub.

"Rupor" "Report"a istinadən xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlara yol açıb.

Belə ki, rayonun Muxax kəndindən axan Muxax çayının daşması nəticəsində kənddə yaşayış evlərinin həyətlərinə su dolub. Küləklə müşahidə olunan güclü yağış nəticəsində bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda Zaqatala rayonunda güclü yağış davam edir.




Oxşar xəbərlər