Göy-göldəki ağır qəzada 6 nəfər ölüb


  • 10:50 / 02 07 2022 |
  • Bölmə: Bölgə


Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən "Rupor""a bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib. Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.
Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.
2022-07-02 00:30Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.






Oxşar xəbərlər