Yol qəzasında azyaşlı öldü - Yaralıların adları açıqlandı + Yeniləndi


  • 20:22 / 28 08 2022 |
  • Bölmə: Bölgə



APA-nın məlumatına görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq həkimlərin səyinə baxmayaraq həyatını itirib. Qəza zamanı 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu ölüb.

Həmçinin Daşkəsən rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Elçin və 1992-ci il təvəllüdlü Aslanov Elçin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Rupor" xəbər verir ki, rayonun Düz Cırdaxan kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində bir azyaşlı ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 




Oxşar xəbərlər