Mehriban Əliyevanın təşəbbüsünə Şəmkir də qoşuldu – FOTOLAR


  • 15:45 / 25 04 2020 |
  • Bölmə: Bölgə


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Şəmkir də qoşulub. 

Şəmkir Rayon İcra Hakimiyyəti mətbuat xidmətindən Rupor.az-a daxil olan məlumata görə, bu məqsədlə rayonda könüllü qanvermə aksiyası təşkil olunub. 

Şəmkir Heydər Əliyev Mərkəzində karantin qaydalarına uyğun təşkil olunan aksiyada icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların  işdə olan və sağlamlığı imkan verən əməkdaşları  iştirak ediblər.

Həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.

Elnur 











Oxşar xəbərlər