Azərbaycanda yoluxmadan ölənlərin sayı 37-ə çatdı


  • 17:48 / 29 12 2020 |
  • Bölmə: Cəmiyyət / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.
"Rupor" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.






Oxşar xəbərlər