Tüfeyli həyat tərzi keçirənlərlə bağlı qərar


  • 19:21 / 21 01 2021 |
  • Bölmə: Cəmiyyət


Paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslər qeydiyyata alınacaqlar. 
"Rupor" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində qərara alınıb. 
Müşavirədə Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov bu mövzuda tapşırıq verib. 
Belə şəxslərin qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsindən ötrü rayon prokurorlarına göstərişlər verilib.  





Oxşar xəbərlər