Minneapolis şəhərində "Xocalıya ədalət!" lövhəsi - Fotolar


  • 16:43 / 25 02 2021 |
  • Bölmə: Cəmiyyət


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota–Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbinin yazıldığı lövhə yerləşdirilib. 

"Rupor" xəbər verir ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub.

 Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyinə diqqət cəlb edilib. 

Əlavə məlumat almaq istəyənlər üçün http://www.justiceforkhojaly.com/ saytına müraciət etmək tövsiyə olunub. 

Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.









Oxşar xəbərlər