Floridada Xocalı qurbanlarının xatirəsinə havaya qara şarlar buraxıldı


  • 15:25 / 27 02 2021 |
  • Bölmə: Cəmiyyət


ABŞ-da fəaliyyət göstərən Florida Azərbaycan Cəmiyyətinin  təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Florida ştatının Mayami şəhərinin mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı açıq havada Xocalı qətliamı zamanı qətlə yetirilənlərin xatirəsinə qara şarlar havaya buraxılıb və Xocalıya ədalət şüarlı stend yerləşdirilib.

Cəmiyyətin sədri Esmira Bayramova həm cəmiyyət üzvlərinə, həm də ərazidə tədbirlə maraqlanan şəxslərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət göstərməlidir.



Oxşar xəbərlər