Xocalı faciəsi dünya mediasında


  • 19:18 / 01 03 2021 |
  • Bölmə: Cəmiyyət


Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyonun dəstəyi ilə İtaliyanın https://www.politicamentecorretto.com xəbər portalında assosiasiyanın üzvü Nərgiz Cəfərovanın "Xocalı soyqırımı" sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələrinin 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri soyqırımı barədə müfəssəl məlumat verilib.. 

"Bolqarıstan-Azərbaycan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin təşəbbüsü ilə Bolqarıstanın  "fakti.bg", "standartnews.com" və "eurocom.bg" xəbər saytlarında "Azərbaycan qisas deyil, Xocalı soyqırımına münasibətdə ədalət axtarır" sərlövhəli məqalə yayımlanıb. Məqaləni qələmə alan Denis Cambazov erməni silahlı birləşmələri tərəfindən törədilən, misli görünməmiş soyqırımı barədə oxuculara ətraflı məlumat verib. Müəllif qeyd edib ki, həm 1992-ci il Xocalı soyqırımı, həm də 2020-ci ildə Azərbaycanın mülki əhalisinin bombardman edilməsi Ermənistan hakimiyyətinin Azərbaycanın mülki əhalisinə  qarşı sistematik zorakılığının, düşünülmüş siyasətinin bariz nümunəsidir. 

Latviyada fəaliyyət göstərən "Azəri"` gənclər təşkilatının sədri Amil Səlimovun təşəbbüsü ilə ölkənin "lz.lv" xəbər portalında "Bu gün Latviya azərbaycanlıları Xocalı qətliamının qurbanlarını yad edirlər" sərlövhəli məqalə yerləşdirilib. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat verilib, xarici jurnalistlərin faciə yerində gördüklərindən dəhşətə gəldikləri və təmsil etdikləri mediada bu barədə yazdıqları oxucuların nəzərinə çatdırılıb.
Məqalələrlə daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.politicamentecorretto.com/2021/02/25/il-genocidio-massacro-di-khojaly-azerbaigian/
https://fakti.bg/world/556934-azerbaidjan-ne-tarsi-otmashtenie-a-iska-spravedlivost-za-genocida-v-hodjala?fbclid=IwAR0NEiWJ3vg1l3gxvUFx8RxiWyWaaUmE1jgtZS7JYSk2wbroWsVY4fA4AoE
https://www.standartnews.com/balgariya-obshtestvo/baku-pochete-zhertvite-v-khodzhal-453516.html?fbclid=IwAR2lvwutQNp1bOXBwhCDvH8Eh3srAoaFvvqPqZLYmqr53JAZqCuTk_YRPLc
https://eurocom.bg/new/29-godini-sled-tragichnite-deystviya-ima-li-spravedlivost-za-khodzhal
https://lz.lv/p/segodnia-azerbaidzhantsy-latvii-pominaiut-zhertv-khodzhadinskoi-rezni-87170?fbclid=IwAR2s7vO1a30nh7nODaIhE8RlaH9IjTLwlwAxDGF40wHYy2LdzsUbtz5rXCg


 
 
 
 



Oxşar xəbərlər