Soydaşlarımız erməni saxtakarlığını ifşa etdilər


  • 15:27 / 03 03 2021 |
  • Bölmə: Cəmiyyət


Avropada yaşayan soydaşlarımız Niderland Krallığında fəaliyyət göstərən, erməni faşisti və hərbi cinayətkar Qaregin Njdenin adını daşıyan radikal erməni təşkilatının növbəti təxribatını ifşa edib.

Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildirib ki, bu təşkilat Azərbaycanın Niderland Krallığındakı səfirliyin qarşısında qondarma və uydurma "soyqrımlar anımı" aksiyasına çağırış edib. Bu məqsədilə sosial şəbəkələrdə və təşkilatın internet səhifəsində istifadə etdiyi elan posterində Xocalı soyqırımı qurbanlarını ermənilər kimi təqdim edilib. 

Media Qrupu Niderland, İtaliya və Avropanın diqər ölkələrində yaşayan həmyerlimizlərlə birlikdə etiraz kampaniyasına başlayıb. Təşkilatın səhifəsinin şərh və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazan soydaşlarımız həmin paylaşımı sildirməyə nail olublar.


 



Oxşar xəbərlər