Tanımmış jurnalistə MEDİA-da yüksək vəzifə verildi


  • 12:53 / 16 04 2021 |
  • Bölmə: Cəmiyyət

Tanınmış jurnalist Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyinə (MEDİA) təyinat alıb.

 "Rupor" xəbər verir ki, jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub. 

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb. 

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, "Space” və "Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. 

Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.









Oxşar xəbərlər