Sağalanların sayı iki dəfədən çox artdı


  • 17:13 / 07 05 2021 |
  • Bölmə: Cəmiyyət / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722yeni yoluxma faktı qeydə alınıb, 1854nəfər müalicə olunaraq sağalıb.
 

"Rupor" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 325 407nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860nəfər müalicə olunaraq sağalıb, 4 650nəfər vəfat edib, aktiv xəstə sayı 17 897nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686,ötən müddət ərzində isə ümumilikdə 3 311 267test aparılıb.









Oxşar xəbərlər