Avropa azərbaycanlıları soydaşlarımıza çağırış etdi - Fotolar


  • 17:34 / 18 05 2021 |
  • Bölmə: Cəmiyyət


Diasporla İş üzrə DK-nın məlumatına görə, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və azərbaycanlı icmaları müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal  iştirak eməyə çağırıb.

Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri şəxsi sosial şəbəkə hesabları və sosial şəbəkələrdəki qruplar vasitəsilə dünya azərbaycanlılarına çağırışları paylaşaraq hər kəsi marafonda aktiv iştiraka çağırıb. Marafona dəstəklə bağlı paylaşımları Norveçdə fəaliyyət göstərən "CAN", Avstriyadakı "AZERDER", İsveçdəki SAF (İsveç Azərbaycan Mədəniyyət Dərnəyi), Fransadakı Azərbaycan Mədəniyyət Assosiasiyası, Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlanddakı "Azərbaycan evi", Münhen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi edib. Eyni məzmunlu çağırış 35600 üzvü olan "Avropa Azərbaycanlıları" adlı facebook səhifəsində də paylaşılıb.

 Xatırladaq ki, “YAŞAT” xeyriyyə marafonu 25 may 2021-ci il tarixində Bakı vaxtılə saat 21:00-da Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq. 












Oxşar xəbərlər