Toya gələn qonaqlara qarşı peyvənd reydləri başladı - VİDEO


  • 23:00 / 24 07 2021 |
  • Bölmə: Cəmiyyət


Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

"Rupor" "Report"a istinadən xəbər verir ki, COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmır.

Analoji tədbirlər paytaxtın bütün rayonlarında - Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal həyata keçirilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.





Oxşar xəbərlər