"İnsan alverinin qurbanı olma" - Baş Prokurorluq


  • 12:47 / 30 07 2021 |
  • Bölmə: Cəmiyyət


İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

"Rupor" xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilirki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. İnsan alverinin qurbanı olma!

#azgenprosecutor#başprokurorluq#insanalverinəqarşımübarizəgünü #insanalverininqurbanıolma



Oxşar xəbərlər