Şəhidin adına xatirə bulağı açıldı - Fotolar


  • 12:25 / 17 09 2021 |
  • Bölmə: Cəmiyyət


Neftçala rayonunda şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub.

"Repor"-un Muğan bürosu xəbər verir ki, şəhərin 6-cı məhəlləsində xatirə bulağı kompleksinın açılışı münasibəti ilə düzənlənən tədbirdə rayon rəsmiləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.

İcra başçısı bildirib ki, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Neftçala rayonunda da şəhid ailələri və qazilər xüsusi qayğı ilə əhatə olunublar.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasim Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.















Oxşar xəbərlər