İtaliya Azərbaycana nə qədər yaxındır - Siyasi və iqtisadi faktorlar


  • 18:10 / 13 10 2021 |
  • Bölmə: Cəmiyyət


İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb, 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilib.

1992-ci ilin 8 may tarixində Diplomatik münasibətlərin qurulmasına dair imzalanmış Protokolun nota mübadiləsi vasitəsilə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin əsası qoyulub.

İtaliya o vaxtkı Qarabağ problemi ilə bağlı da danışqlar prosesində iştirak edib. 

İtaliya höküməti və şirkətləri ilə Azərbaycanı analoji qurumaları arasında müxtəlif müstəvili əməkdaşlıq münasibətləri qurulub, ikitərəfli sazişlər imzalanıb, müqavilərlə bağlanıb. 

Bu müqavilələr sırasında AZƏRTAC və ANSA xəbər agentlikləri arasında informasiya mübadiləsi və əməkdaşlıq haqqında saziş də var. Elə bu faktın özü göstərir ki, Azərbaycan İtaliya münasibətlərində təsiredici bütün xırda detallar nəzərə alnıb. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Molokanskaya küçəsi 35 ünvanında İtaliyanın nümayəndəliyi yerləşib, nümayəndəliyə konsul Enriko Ensom rəhbərlik edib.

Təxminən bir il əvvəl, 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. 25 çox sənədin imzalandığı səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq.

Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.

Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “Il Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və başqa mətbuat orqanları Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini işıqlandırıblar. Bu mətbu orqanlar Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə verdiyi müsahibə video, yazılı şəkildə agentliyin internet səhifəsində yerləşdirilib. Həmin müsahibə İtaliyanın “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və digər çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rollardan birinə malikdir. Xatırladaq ki, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək Yunanıstan, Albaniya ərazilərindən, eləcə də Adriatik dənizindən keçib təbii qazı Cənubi İtaliyaya nəql edir.

Prezidenti ötənilki səfəri zamanı bu məsələyə toxunaraq bildirmişdi: “Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir forsmajor hadisəsi olmamışdır. Yəni Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”.

“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato ilə onlayn formada görüşdə Azərbaycan Prezidenti İtaliya şirkətlərini Qarabağda tikinti-quruculuq işlərində iştiraka dəvət edib. Şirkət artıq fəaliyyətə başlayıb. Şirkətin bu günə qədər Azərbaycana qoyduğu sərmayə 400 milyon avrodan artıqdır. 

Hazırda  İtaliyanın “Ansaldo Energia” şirkəti Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılması istiqamətində fəaliyyət göstərirlər. Kəlbəcər, Laçın bölgələrində tikiləcək kiçik su elektrik stansiyaları layihələri də bu şirkətlə birgə həyata keçiriləcək.  

“Ansaldo Energia” “Azərenerji” ilə bağladığı müqavilə əsasında ASC-nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqini həyata keçirir. 

"Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də imzalanıb. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması onun siyasi yükünü daha da artırır.

Ləman Ceyhunqızı

 





Oxşar xəbərlər