XİN-dən təbrik tviti: "Bütün könüllülər fəxrimizdir!"


  • 16:21 / 05 12 2021 |
  • Bölmə: Cəmiyyət


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

"Rupor" xəbər verir ki, XİN rəsmisi tviterdəki hesabındakı paylaşımında yazıb: 

“Xeyirxah, vətənpərvər, savadlı, mənəvi zəngin Azərbaycan Könüllülərini Beynəlxalq Könüllülər Günündə təbrik edir, nəcib missiyalarında müvəffəqiyyətlər arzulayırıq. Diplomatiya könüllüləri də daxil olmaqla, bütün könüllülər fəxrimizdir!”.



Oxşar xəbərlər