Koronavirusa yoluxanların sayı nisbətdə artdı


  • 19:01 / 04 01 2022 |
  • Bölmə: Cəmiyyət


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, ötən müddət ərzində isə ümumilikdə 5 889 656 test aparılıb.

Xatırladaq ki, dünənki statistikaya görə ölkədə koronavirusa yoluxanların sayı 273 olub.




Oxşar xəbərlər