Tanınmış jurnalistdən kövrək PAYLAŞIM: - “Bu fakt ömür boyu məni yarımçıq hiss etdirib”


  • 23:25 / 12 01 2022 |
  • Bölmə: Cəmiyyət


“Mənim də babam 1918-ci ildə Naxçıvana - Babək rayonuna - məcburən köçürülənlərdən olub. Bütün nəslim Naxçıvandadır. Amma bu fakt ömür boyu bir tərəfimi həmişə yarımçıq hiss etdirib”. 

Rupor.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Nuridə Allahyarova öz hesabında yazıb.

“Bu gün Prezidentin çıxışında babası ilə bağlı faktı nəql etməsi bir tərəfimin bütöv olacağına ümidlərimi artırdı. Haqqımız olanı arzulayırıq!”, - deyə jurnalist paylaşımına əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə zamanı bildirib ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım: “Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”.



Oxşar xəbərlər