General təqaüdə göndərildi


  • 19:28 / 17 01 2022 |
  • Bölmə: Cəmiyyət


Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə "Rupor"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yayıb.




Oxşar xəbərlər