"Hörümçək" sözü lüğətdən çıxarıldı - "Spayder" gəldi


  • 22:30 / 17 01 2022 |
  • Bölmə: Gündəm / Cəmiyyət


Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.

“Rupor” xəbər verir ki, bu haqda tanınmış jurnalist, professor Qulu Məhərrəmli şəxsi facebook hesabında paylaşıb.

O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb:

“İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibdəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”.

Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.




Oxşar xəbərlər