18 yaşlı Firəngizi ağır xəstəliyin caynağından qurtaraq - Fotolar


  • 22:36 / 21 01 2022 |
  • Bölmə: Cəmiyyət


18 yaşlı Firnəgiz Quliyeva kəskin leykoz xəstəliyindən (ağ qan xərçəngi) əziyyət çəkir.

"Rupor" xəbər verir ki, bunu Firəngizin atası Səbuhi Quliyev Bakıvaxtı.az saytına açıqlamasında deyib. 

Onun sözlərinə görə, qızını 12 oktyabr 2020-ci ildə leykoz xəstəliyi diaqnozu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə yerləşdiriblər:

“1 il 3 ay mualicə aldı. Yekun mualicələr idi. 40 gündən sonra müalicəyə qayıtdıq”.

Ata deyir ki, analizlərin nəticəsini açıqlayan həkim Elyar Süleymanlı blast hüceyrələrin yenidən aqressivləsdiyini və xaricdə "illik" transplantasiya olunmasınıı bildirib:

“Hal-hazirda müalicə alır. Reanimasiyadan çıxanda Allah qismət etsə, Türkiyəyə getməlidir. Firəngizin tam sağalması üçün 187 min manat pul lazımdır.
Hal-hazırda pulun müəyyən hissəsi yığılıb. Yardımsevər insanlardan Firəngizə dəstək olmağı xahiş edirik”.

Qeyd edək ki, Firəngiz Quliyeva Xəzər Universitetinin ikinci kurs tələbəsidir.





Oxşar xəbərlər