Qələbənin qazanılmasında ölkəmizə qanad olan "Bayraktar" Bakı sərgisindən dünyaya boylanacaq - Video


  • 14:40 / 25 05 2022 |
  • Bölmə: Cəmiyyət

 
Sabahdan Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalı başlayır. 


“Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Azərbaycan bu Festivala ilk dəfədir ev sahbliyi edəcək. Festival mayın 29-da başa çatacaq. 




Azərbacanlılar üçün “Baykar Makina” şirkətinin adı 44 günlük Vətən müharibəsində daha da doğmalaşdı. Şirkətin texniki direktoru Selçuk Bayraktar isə əsl qəhrəmana çevrildi. Onun rəhbərliyi ilə hazırlanan dronlar ordumuzun silah arsenalında xüsusi önəm daşıdı. 

İşğaldan olan Azərbaycan torpaqlarının aazadlığı uğrunda aparılan haqq savaşında dronların verdiyi nəticə həm də azərbaycanlı döyüşçülər arasında itkilərin sayının dəfələrlə azalmasına səbəb oldu. Bu müharibəyə qədər demək olar ki, hərb meydanlarında dronların geniş şəkildə istifadəsi halları yaşanmırdı. Azərbaycan Vətən uğrunda savaşla həm də bu mənada bir nümunə oldu. 

Məhz Vətən müharibəsndən sonra Rusiya-Ukrayna müharibəsində işğala məruz qalan tərəf dronların fəaliyyətindən geniş yararlandı və xetli müsbət nəticələr əldə etdi. Artıq dünyann əksər ölkələri Selçuk Bayraktarın ideyası olan bu silah növündən yararlanmağa çalışır. 
İran mətbuatının son xəbərlərində bu mövzuya geniş yer verilib. 



Mayın 17-də Tacikistanın paytaxtı düşənbədə hərbi pilotsuz uçan aparatların istehsalı zavodunun açılışında İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri iştiak edib. Mətbuat yazır ki, bu hadisə Yaxın Şərqin aparıcı dron istehsalçılarının pilotsuz döyüş aparatlarının (PUA) istehsalını və yayılmasını digər ölkələrə genişləndirməsinin ən son nümunəsidir.
 
Görüşəd general mayor deyib ki, Tehran indi “müttəfiqlərə hərbi texnika ixrac edə biləcək vəziyyətdədir” və dost ölkələr təhlükəsizliyin və davamlı sülhün artırılmasına kömək etsinlər.
 
Müəssisə İranın HESA Ababil-2 nüsxələrini istehsal edəcək. Bu da müşahidə pilotsuz uçan aparatı və ya kamikadze və ya “intihar” dronu kimi də tanınır. 
 


Bildiyiniz kimi, Türkiyə Ukraynanın payxatı Kiyevdə dron istehsal edən zavod aşmağa hazırlaşır. Iran mətbuatı təsdiqləyir ki, Azərbaycanın 2020-ci ilin payızında bu dronlardan daha əvvəl qəti şəkildə istifadə etməsi xaricdən onlara marağı kəskin şəkildə artırdı. Həmin müharibədə döyüş qabiliyyətini sübut edən digər pilotsuz təyyarə İsrail Aerospace Industries (IAI) tərəfindən inşa edilən Harop pilotsuz təyyarəsi idi. TB2-dən fərqli olaraq, Harop, əsasən, düşmənin hava hücumundan müdafiəsini yatırtmaq, hava hücumundan müdafiə vasitələrini (SEAD/DEAD) məhv etmək üçün nəzərdə tutulmuş gəzinti sursatıdır. Azərbaycanlılar Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistanın S-300 hava hücumundan müdafiə raket sistemlərinə qarşı öz Haroplarından istifadə ediblər.
 


Bu faktları nəzərə alsaq mayın 26-da Azərbaycanda start götürəcək “Teknofest” Festivalı dünyanın diqqətini ölkəmizə cəlb edəcək. Rəsmi Bakı bu tədbirə layiqincə hazırlaşır. Döyüş meydanında ölkəni qələbəyə aparan vasitələrdən biri kimi həmin dronlardan dost ölkələrdə istifadə olunması təbii ki, regionun təhlükəsizliyinə dəstəkdir. Dronların ən yaxşı istehsalçısı kimi Türkiyə tərəfinin tanınması da Azərbaycanın fəxr edəcəyi faktordur. 
 
Anar İsaoğlu 





Oxşar xəbərlər