Ötən ay iki mindən çox şəxsə yaşa görə pensiya təyin olunub


  • 09:54 / 08 06 2022 |
  • Bölmə: Cəmiyyət


2022-ci ilin may ayında 2096 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə "Rupor"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 53,9%-ni kişilər, 46,1%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

DövrKişilər üzrə pensiya yaşıQadınlar üzrə pensiya yaşı
1 iyul 2017 – 30 iyun 201863 il 6 ay60 il 6 ay
1 iyul 2018 – 30 iyun 201964 il61 il
1 iyul 2019 – 30 iyun 202064 il 6 ay61 il 6 ay
1 iyul 2020 – 30 iyun 202165 il62 il
1 iyul 2021 – 30 iyun 202265 il62 il 6 ay
1 iyul 2022 – 30 iyun 202365 il63 il
1 iyul 2023 – 30 iyun 202465 il63 il 6 ay
1 iyul 2024 – 30 iyun 202565 il64 il
1 iyul 2025 – 30 iyun 202665 il64 il 6 ay
1 iyul 2026 və sonra65 il65 il








Oxşar xəbərlər