“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişdi


  • 16:50 / 15 08 2022 |
  • Bölmə: Cəmiyyət


"Bakı Metropoliteni" QSC apardığı monitorinqlərin nəticəsini və sərnişinlərin müraciətini nəzərə alaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edib.

"Rupor" xəbər verir ki,bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:

▪️ 06:40-da - “Nərimanov” stansiyasından “Bakmil” stansiyasına;

▪️ 07:16-da - “Bakmil” stansiyasından “Nərimanov” stansiyasına.



Oxşar xəbərlər