Yanğın səbəbindən rayonlarda qaz təchizatı dayandırıldı


  • 20:09 / 15 08 2022 |
  • Bölmə: Cəmiyyət



Bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.


"Azəriqaz"dan "Rupor'"a verilən məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.


Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.





Oxşar xəbərlər