17 yaşlı qız itkin düşdü


  • 09:17 / 22 09 2022 |
  • Bölmə: Cəmiyyət


Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb.

"Rupor" "Report"a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.




Oxşar xəbərlər