Erməni diversantlar güllələnib, yoxsa qurulmuş tamaşa? - Rəylər


  • 10:06 / 04 10 2022 |
  • Bölmə: Özəl Xəbərlər
Ekspertlər “video feykdir” deyir; “Erməni tərəfinin şəhid olmuş azərbaycanlı əsgərlərin meyitlərini ən iyrənc şəkildə təhqir etməsi, azərbaycanlı əsirlərin başını ayaqlarının altında əzdikləri kadrları açıq-aşkar sübutlardır”.

Azərbaycan Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlılarına qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların güllələnməsi iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır.
Musavat.com xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
Əsas versiya budur ki, bu video gerçək deyil, ermənilər özləri səhnələşdirib, şantaj məqsədilə istifadə edir. 

Aydındır ki, əgər videoda baş verənlər səhnələşdirilməyibsə, bu ciddi olay sayılmalıdır. Çünki bu qəbil videolardan erməni tərəfi Azərbaycana qarşı gen-bol və məharətlə istifadə edir. Əsas da ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının mümkünsüzlüyünü dünyaya “sübut eləmək”, separatçılığa haqq qazandırmaq və əlbəttə ki, sülh prosesini pozmaq və danışıqlar masasında Azərbaycanın əlini zəiflətmək üçün (olayın nazirlərin Cenevrə görüşü ərəfəsi ortaya çıxması da təsadüfə oxşamır).

Bu mənada videodakı fakt gerçəkdirsə, bu, bizim milli maraqlarımıza, Qarabağ strategiyamıza, Azərbaycanın tolerant, multikultural ölkə imicinə zərbədir və günahkarlar cəzalarını almalıdır. Bəs onlara qanunla hansı cəza düşür?

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan artıq həmin videonu bəhanə edərək Azərbaycanı növbəti dəfə hərbi cinayətdə və işğalçılıqda ittiham edib. İddia edib ki, Azərbaycan əsgərləri Ermənistanın suveren ərazisində (?) erməni əsirləri güllələyiblər və “beynəlxalq ictimaiyyət bu hərbi cinayəti qəti şəkildə pisləməli və Azərbaycanın təcavüzünün dayandırılması üçün adekvat tədbirlər görməlidir”. Ermənistanın ombudsmanı həmçinin oktyabrın 3-də məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib (artıq Azərbaycan XİN bu ittihamlara sərt cavab verib). Bəs Ermənistanın müraciətinin Azərbaycan üçün hansı nəticəsi ola bilər? Ümumiyyətlə, hərbi əsirlərlə necə davranılmalıdır? 

Bundan əlavə, sosial şəbəkədə erməni hərbçilərin azərbaycanlı şəhidlərin meyitini təhqir eləməsini (qulaqlarını kəsməsi və s.) əks etdirən video da yayılıb. Onun isə gerçək olduğuna şəkk-şübhə yoxdur. Vandallıq edənlər ermənicə danışır. Bu faktdan Azərbaycan Ermənistana qarşı necə istifadə edə bilər?
Qeyd edək ki, Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan Ordusunun həlak olmuş əsgərlərinin cəsədlərinin erməni vandalları tərəfindən təhqir edilməsini pisləyib və araşdırma tələb edib.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO
Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan sülh sazişinin imzalanması üçün üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün ən müxtəlif təxribatlara, böhtanlara əl atır: “Məlum video məsələsi də bu qəbildəndir. Bu video Ermənistan xüsusi xidmət orqanlarını qurduğu tamaşadır-saxta videodur. Hesab edirəm ki, bu video təsdiqini tapmayacaq. Saxta olduğu açıq-aydın görünən bu videonun saxta olmadığını yalnız Ermənistan iddia edə bilər. Bu videonun saxta olduğu, qurama olduğu hətta peşəkar olmayan adi insanlar tərəfindən azacıq diqqət edilərsə təsdiqlənir. Belə bir saxta videonu heç bir özünə hörmət edən hüquqşünas və ya beynəlxalq təşkilat, yaxud məhkəmə dəlil-sübut kimi qəbul edə bilməz. Videoda atəş açanların azərbaycanlı olduğu da heç bir inandırıcı dəlillə sübut olunmur.

Ermənilər və bəzi ermənipərəstlər əsirin toxunulmazlıq hüquqlarını qabardırlar. Əvvəla, qeyd etdiyimiz kimi, o video qurulmuş tamaşıdır və orada heç bir əsir yoxdur. İkincisi, əsirin hüquqi statusu var və o status şəxsin təslim olub, təhlükə yaratmadığı, əmr və göstərişlərə əməl etdiyi andan başlayır. Nəzəri cəhətdən hətta hesab etsək ki, həmin videoda həqiqətən guya güllələlən şəxslər erməni hərbçilərdir, burada döyüş səngərdə gedir və oturanlar son güllələrini bir neçə dəqiqə əvvəl atmışdılar, əllərini belə havaya qaldırmayıblar, onlardan hər hansı birinin gizli partlayıcı mexanizmi işə salmayacağı ehtimalı da aradan qalxmamışdı, yəni hələ də ətrafdakı hərbçilər üçün ölüm təhlükəsi yaradırdılar. Bu vəziyyətdə isə onların zərərsizləşdirilməsi heç bir qanun-qayda pozuntusu halı yaratmır".

Hüquqşünas qeyd etdi ki, amma erməni tərəfinin şəhid olmuş azərbaycanlı əsgərlərin meyitlərini ən iyrənc şəkildə təhqir etməsi, azərbaycanlı əsirlərin başını ayaqlarının altında əzdikləri kadrları açıq-aşkar sübutlardır: “Müharibə cinayətləri bax əslində bunlardır. Ermənistan beynəlxalq məhkəmələrdə bu cinayət faktlarına görə cavab verməlidir. Azərbaycan hərbçilərinin humanistliyini sübuta yetirən saysız-hesabsız faktlar, görünütlər isə kifayət qədərdir. Bu ilin sentyabrında yayılan videoda yaralı erməni əsgərinin yaralarını sarıyan, onun həyatını xilas edən Azərbaycan əsgərinin insanlıq nümunəsi olan davranışlarını gördük. Hətta həyata qayıdan erməni əsgər azərbaycanlı hərbçini onun həyatını xilas edən adlandırırdı. Azərbaycan əsgəri ən şərəfli əsgərdir, ermənilər kimi qəddar-vandal. Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini də döyüş meydanında apardığı müharibəyə uyğun aparır. Əsgər və zabitimizin qabağından qorxaqcasına qaçan erməni hərbçilərinin uşağa, qadına və qocaya hücum etmək, mülki vətəndaşları hədəf almaq və əliyalın insanlarımıza qarşı hər bir vəhşiliyi etmək kimi müharibə qanunlarının pozan saysız-hesabsız sübutlar var. Bunu biz həm birinci, həm də ikinci Qarabağ müharibələrində dəfələrlə gördük. Xocalı soyqırımı, Başlıbel qətliamı kimi dinc əhaliyə qarşı vəhşiliyi məhz ermənilər törədib. İndi ermənilərin Azərbaycana qarşı saxta video ilə hücuma başlaması absurddur və nəticəsi olmayacaq. Onların bu saxtakarlıqlarını Azərbaycana yapışdırmaları mümkün olmayacaq”.

Rəsmi Moskva Qazaxıstanı Qərbin sanksiyalarından yayındırmağa çalışır "-Turan  Rzayev
Turan Rzayev

Politoloq Turan Rzayev isə bildirib ki, Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan kifayət qədər şübhəli olan görüntülərlə bağlı açıq suallar isə kifayət qədərdir. Videonun feyk olması ilə bağlı ciddi arqumentlər var: “Birincisi, videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə hiss olunur. Bunu montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilər. Düzdür, ermənilərin Azərbaycan dilinin məhəlli aksentini belə yaxşı bildiyini düşünməsəm də, bənzər səs yazılarını əldə etmək, ya da sosial şəbəkələrdə yayılan videolarla təmin etmək çox rahatdır. İkincisi, videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiyini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi hisslər gözə çarpmır. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur.

Üçüncüsü, güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Bu ona görə vacibdir ki, peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər. Azərbaycan Silahlı Qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqaməti dəyişə bilər. Bu, həm də həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu sübut edir.



Dördüncüsü, videonun yayılmasında çox qısa zamanda erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladı. İş o yerə çatır ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırır və deyir: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.

Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir".

Ekspert hesab edir ki, nəticə etibarilə videonun feyk olması mümkündür. Nəzərə almaq lazımdır ki, ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var: “Yaxın tariximizə nəzər saldıqda "Sumqayıt hadisələri" bunun ən gözəl örnəyidir.
Ermənilər Ermənistanda ultramilliyyətçiliyi alovlandırmaq və Qarabağda miatsum (erməni dilindən tərcümədə: birləşmə-red.) hərəkatına dəstək almaq üçün Sumqayıtda öz soydaşlarını öldürüb təqsiri azərbaycanlıların üzərinə atmışdı. Bu gün belə Ermənistanda minlərlə insan hadisənin azərbaycanlılar tərəfindən törədildiyini hesab edir.

Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən çəkinməyən bir toplumun 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




Oxşar xəbərlər