Nazirdən müəllimlərə orijinal münasibət


  • 10:56 / 05 10 2022 |
  • Bölmə: Özəl Xəbərlər


Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. 

Rupor” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub:

 “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”




Oxşar xəbərlər