Həftəsonu icazəsi olan taksilər işləyəcək - Ehsan Zahidov


  • 15:01 / 20 11 2020 |
  • Bölmə: Cəmiyyət


Karantin rejimində həftəsonu fərqlənmə nişanı olan taksilərin fəaliyyətinə icazə veriləcək.
"Rupor" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilər fəaliyyət göstərə biləcək:
“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq fərqlənmə nişanı olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.
Trend-in əldə etdiyi məlumata görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.




Oxşar xəbərlər