"Azərbaycanda vaksinasiya planı hazırlanır" - ÜST nümayəndəsi


  • 12:05 / 16 12 2020 |
  • Bölmə: Cəmiyyət / Səhiyyə


COVİD-19-a qarşı Azərbaycana hansı vaksinin gətirilməsindən asılı olmayaraq, onun çox faydalı olacağını hesab edirik.
"Rupor" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, ÜST vaksinasiya ilə bağlı prosesləri izləyir:
"ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.
H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır: “Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.




Oxşar xəbərlər