Koronavirusdan kişilər daha tez ölür - Araşdırma


  • 17:41 / 17 12 2020 |
  • Bölmə: Dünya / Səhiyyə


Dünyada aparılan araşdırmalara görə, koronavirus kişilərdə daha çox ölümə səbəb olub.
"Rupor" Yenisabah.az-a istinadən xəbər verir ki, elm adamları bunun həm bioloji səbəblərini, həm də ətraf-mühitlə əlaqəsini izah ediblər.
Qadınlardakı ikiqat X xromosomunun gücü və onların gigiyena qaydalarına daha çox diqqət etmələri xəstəliklərə qarşı müqavimətlərinin daha güclü olmasına yol açır. Bir kişinin X xromosomunda xəstəliyə yol açan bir gen varsa, bu xəstəliyin ortaya çıxma ehtimalı daha çoxdur. Qadınlarda isə eyni xəstəliyə yoluxma halında sağlam X kopyasını sahib olan hüceyrələr genlərin doğru şəkildə ifadə edilməsini təmin edir. Həmçinin hormonlar da burada mühüm rol oynayır. Kişilərdə yüksək səviyyəli testosteron onların immun sistemini zəifləməsindən müəyyən təsirə malikdir.
Qeyd edək ki, Yəmən, Banqladeş, Tayland, Nigeriya, Əfqanıstan və Pakistan kimi ölkələrdə ölənlərin 3/4-nü kişilər təşkil edir. Türkiyə, Serbiya, Qırğızıstan və Honq-Konqda bu göstərici 62 faiz civarındadır. ABŞ-da 54, Braziliyada 58 faizdir. Ümumiyyətlə, dünyada 100 qıza qarşı 105 oğlan doğulur, ancaq qızların həyatda qalma nisbəti daha yüksəkdir. Demək olar ki, bütün ölkələrdə qadınlar 6-8 il kişilərdən çox yaşayırlar. 




Oxşar xəbərlər