İlk sürücüsüz metro xətti istifadəyə verildi


  • 11:01 / 29 12 2020 |
  • Bölmə: Dünya / Bilgi


Hindistanda ilk sürücüsüz metro xətti istifadəyə verilib. "Rupor" “Qafqazinfo”-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Yeni Dehli Metrosunun Magenta marşrutu üzrə hərəkət edəcək.
Açılışda iştirak edən Baş nazir Narendra Modi “İlk sürücüsüz metro xəttinin açılması Hindistanın texnologiyada nə qədər sürətlə irəlilədiyini göstərir”,- deyə qeyd edib.
O, 2014-cü ildə ölkənin 5 metro xətti olduğunu, bu gün sayın 18-ə çatdığını bildirib. Baş nazir 2025-ci ilə qədər metro xətti olan şəhərlərin sayını ən azı 25-ə çatdırmağı planlaşdırdıqlarını söyləyib.




Oxşar xəbərlər