İraqda güclü partlayış


  • 14:12 / 21 01 2021 |
  • Bölmə: Dünya


İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.
“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.
Terrorçu-kamikadze meydanda özünü partladıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.



Oxşar xəbərlər