"Bu, heç nəyi dəyişdirməyəcək" - Peskov


  • 14:29 / 21 01 2021 |
  • Bölmə: Dünya


Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın 46-cı Prezidenti Co Baydenin andiçməsindən sonra iki ölkə arasındakı münasibətlər barədə danışıb.
“Rupor”un məlumatına görə, o bildirib ki, bu, heç nəyi dəyişdirməyəcək:
“Baydenin prezident kimi vəzifəsinin icrasına başlaması Rusiya baxımından heç nəyi dəyişdirməyəcək. Rusiya, illərdir olduğu kimi, ABŞ-la yaxşı münasibətlər axtarışında olmağa davam edəcək. Rusiyanın addımları yönündə Vaşinqtondan gələn bir siyasi iradə olub-olmayacağı tamamilə Bayden və komandasından asılıdır”.
Qeyd edək ki, Co Bayden yanvarın 20-də and içərək, vəzifə səlahiyyətlərinin icrasına başlayıb. O, artıq bir sıra həmkarlarından təbriklər alıb.




Oxşar xəbərlər