Rusiyada 612 nəfər koronadan öldü


  • 15:05 / 21 01 2021 |
  • Bölmə: Dünya


Rusiyada son bir gündə daha 21 887 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Rupor" "Medicina.az"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 612 nəfər artaraq 67 832-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 054 218 nəfər sağalıb.




Oxşar xəbərlər