Yaponiyadakı zəlzələdə yaralananların sayı artdı - Yenilənib 3 - Video


  • 15:06 / 14 02 2021 |
  • Bölmə: Dünya / Hadisə



Şənbə günü Yaponiyada 7,3 bal gücündə baş verən zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb. Məlumatı yerli KİV orqanları yayıb.
Ölənlər barədə məlumat verilmir 

***
Şənbə günü Yaponiyada baş verən zəlzələnin 7,3 bal gücündə oduğu rsmən təsdiqlənib. Ölkənin İctimai televiziyası məlumat yayıb ki,
xəsarət alanların sayı 124 nəfərə çatıb.
 
***

Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində Miyaqi və Fukuşima prefekturalarında azı 30 nəfər xəsarət alıb.

"Rupor" report-a istinadən xəbər verir ki, 950 min ev elektrik enerjisiz qalıb.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub, atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb.

Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

***

Yaponiyanın şimal-şərqində güclü bir zəlzələ baş verib.

"Rupor" TASS-a istinadən xəbər verir ki, 7.1 bal gücündə olan  zəlzələnin mərkəzi Fukusima prefekturasıdır. 

Hazırda yeraltı təkanlar dayanıb, növbəti təkanlar olacağı ehtimalı böyükdür. 

Meteorologiya İdarəsi sunami təhlükəsi elan edib. Dağıntılara bağlı məlumat yoxdur. 













Oxşar xəbərlər