KTMT-nin keçmiş baş katibi Xaçaturov ermənilərin mitinqində


  • 16:29 / 25 02 2021 |
  • Bölmə: Dünya



Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan yüksək rütbəli hərbi zabitlərin Baş nazir Nikol Paşinyanın əmri ilə həbs ediləcəyini açıqlayıb.

"Rupor" “Qafqazinfo”-a istinadən xəbər verir ki, Saqatelyan bu barədə müxalifətin Azadlıq meydanındakı etiraz aksiyasında çıxış edərkən bildirib.

“Bizdə məlumat var ki, Nikol Paşinyanın əmri ilə prokurorluq generalların həbs olunmasına dair sanksiya tədbirləri hazırlayır”, - deyə o qeyd edib.

Saqatelyan Ermənistan ordusunun xalqın yanında olduğunu bir daha sübut etdiyini bildirib və xalqı ordunun yanında durmağa çağırıb.

Qeyd edək ki, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov da Azadlıq meydanındakı müxalifətin mitinqinə qatılıb. Etirazçılar onu alqışlarla qarşılaybılar.








Oxşar xəbərlər